Azərbaycan xaricdən limon alışını niyə artırıb?

16:27 - 29.01.2024


29 yanvar, Fineko/abc.az. 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrdən 16 milyon 11 min ABŞ dolları dəyərində 19 min 231 ton limon idxal edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyon 129 min dollar və ya 7,6%, həcm baxımından isə 1 188 ton və ya 6,6% çoxdur.

2022-ci ilin yanvar-noyabr aylarında 14 milyon 882 min dollar dəyərində 18 min 42 ton limon idxal  edilib. 1 ton limon idxal qiyməti 2023-cü ilin 11 ayı ərzində  833 dollar, 2022-ci ilin eyni dövründə 825 dollar təşkil edib.  Qiymətlərdə son bir ildə 8 dollar (0,9%) artım baş verib. Ümumilikdə isə 1 kq limonun idxalı 2023-cü ilin yanvar-noyabr aylarında 1,41 manata, və 2022-ci ilin eyni dövründə 1,40 manata başa gəlib.