Şimali Koreya sualtı qayıqlardan qanadlı raketlərin buraxılması üzrə təlimlər keçirib

15:37 - 29.01.2024


29 yanvar, Fineko/abc.az. Şimali Koreya KİV-ləri Yapon dənizində sualtı qayıqdan qanadlı raketlərin buraxılması dair təlimlərin uğurla həyata keçirildiyini bildirib. Söhbət "Pulxvasar-3-31" raketlərindən gedir.

ABC.AZ xəbər verir ki, sınaqlar zamanı iki saat ərzində Yapon dənizi üzərindən uçan və şərti hədəfləri uğurla vuran iki "Alovlu ox 3-31" raketi buraxılıb.

Şimali Koreyada "sınaqların ətraf ölkələrin təhlükəsizliyinə heç bir təsiri olmadığını və bölgədəki vəziyyətdən asılı olmayaraq keçdiyini" söyləyirlər.
Daha əvvəl ABŞ, Yaponiya və Cənubi Koreyanın birgə təlimləri Çeçju adasında keçirilmişdi. Onlara cavab olaraq KXDR "Xeil-5-23" sualtı nüvə silahının işə salınması üzrə sınaqlar keçirmişdi.