15:04 - 29.01.2024
29 yanvar, Fineko/abc.az. Avropa Birliyi Avropada kənd təsərrüfatını öldürür, buna görə Fransada aqrar sektoru xilas etmək üçün "bu canavarı məhv etmək" lazımdır.
ABC.AZ xəbər verir ki, bu barədə Fransanın "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo bildirib.
O, Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskisin Brüsselin MERCOSUR ölkələri (Argentina, Braziliya, Uruqvay) ilə sərbəst ticarət danışıqlarını demək olar ki, başa vurduğunu açıqlamasına münasibət bildirib.
Partiya lideri deyib ki, Fransa Aİ-dən çıxmalı və qida suverenliyini geri almalıdır.