14:38 - 29.01.2024
29 yanvar, Fineko/abc.az. Azərbaycanda “Made in Karabakh-heart of Azerbaijan” əmtəə nişanının layihəsi hazırlanıb.
ABC.AZ xəbər verir ki, bunu Bakı Biznes Mərkəzində AZPROMO-nun 2023-cü ilin yekunlarına dair mətbuat konfransında qurumun icraçı direktoru Yusif Abdullayev bildirib.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən hazırlanan layihə barədə danışan Y. Abdullayev bildirib ki, həm “Made in Karabakh-heart of Azerbaijan” əmtəə nişanından, həm də “Made in Azerbaijan”dan İstifadə Qaydalarının layihəsi hazırlanaraq müvafiq strukturlara rəylər verilməsi üçün təqdim edilib.
“Bu il Ağdam Sənaye Parkında fəaliyyət göstərən şirkətlərdən biri ixraca başlayacaq və ona “Made in Karabakh-heart of Azerbaijan” əmtəə nişanı təqdim ediləcək. Bu, pilot layihə kimi icra olunacaq” - deyə, Y.Abdullayev bildirib.
Müəllif: Elmir Murad
12 Avqust 2026