14:37 - 29.01.2024
29 yanvar, Fineko/abc.az. 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrdən 10 milyon 742 min dollar dəyərində 14 min 932 ton portağal idxal edib. Bu 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 993 min dollar və ya 8,5%, həcm baxımından isə 1 349 ton və ya 8,3% çoxdur.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2022-ci ilin yanvar-noyabr aylarında 11 milyon 734 min dollar dəyərində 16 min 280 ton portağal idxal edilmişdi.
Qeyd olunur ki, 1 ton portağal idxal qiyməti 2023-cü ilin 11 ayı ərzində 719 dollar, 2022-ci ilin eyni dövründə 721 dollar təşkil edib. Qiymətlərdə son bir ildə 1 dollar (0,2%) ucuzlaşma baş verib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026