“Fitch”: Ermənistan iqtisadiyyatı Rusiyadan çox asılıdır

10:53 - 29.01.2024


29 yanvar, Fineko/abc.az. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Ermənistan iqtisadiyyatının ticarət və energetika sahəsində Rusiyadan çox asılı olduğunu bildirir.

ABC.AZ xəbər verir ki, Agentlik yaxın gələcəkdə Rusiyadan ciddi diversifikasiya gözləmir və qeyd edir ki, İrəvan və Moskva arasında münasibətlər gərgin olaraq qalır.

“Ermənistan Rusiyanın bank sektorundakı müəssisələrinə qarşı Qərb sanksiyalarını tətbiq etməyə davam edir. Bununla birlikdə, 2021-ci ildən etibarən Rusiyaya mal ixracı təxminən 300% artıb, 2023-cü ilin ilk üç rübündə isə Ermənistanın ixracının 51% və Rusiyaya idxalının 30% azalıb”, - deyə Agentlik bildiri.

“Fitch” ekspertləri Ermənistanın iqtisadi göstəriciləri ilə bağlı bir neçə pessimist proqnoz da veriblər.

Büdcə kəsiri müvəqqəti olaraq 2024-cü ildə 4,5%-ə yüksələcək.

“Fitch”in nisbətən daha zəif dram ilə bağlı gözləntiləri inflyasiyanın orta hesabla 2024-2025-ci illərdə 3,9% artmasına səbəb olacaq", - hesabatda belə deyilir.