20:18 - 26.01.2024
26 yanvar, Fineko/abc.az. Keniyada qiymətli mineral koltanın ilk yataqları aşkar edilib. Nadir mineral elektrikli avtomobillər, mobil telefonlar və digər elektron cihazlar üçün batareyaların istehsalında istifadə olunur.
ABC.AZ xəbər verir ki, Keniya Milli Ticarət və Sənaye Palatasına (KNCCI) görə, mədən sənayesi Keniyanın ÜDM-nin 1%-dən azını təşkil edir, lakin potensialı 10%-ə çata bilər.
Hal-hazırda, koltanın dünya ehtiyatlarının 70%-dən çoxu Konqo Demokratik Respublikasına məxsusdur. Bu, on illərdir ölkənin şərqində şiddətli qarşıdurmalara səbəb olmuşdu.
Koltanın qiyməti, tərkibində tantalın miqdarından asılıdır. Nadir filizin kiloqramı orta hesabla 48 dollar təşkil edir.
7 Oktyabr 2026
7 Oktyabr 2026
5 Oktyabr 2026
7 Oktyabr 2026