Xarici banklarda saxlanılan 1,2 milyon dollar Azərbaycana qaytarılıb

12:34 - 26.01.2024


26 yanvar, Fineko/abc.az. Məhkum olunmuş şəxsin xarici ölkə bankında saxlanılan 1 milyon 281 min ABŞ dollarının müsadirə edilməsi barədə Azərbaycan məhkəməsinin qərarı xarici ölkə məhkəməsi tərəfindən tanınıb.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bu gün keçirilən geniş kollegiya iclasında deyib.

”1 milyon 281 min ABŞ dollarının ölkəmizə qaytarılması təmin edilib”, - deyə qeyd olunub.