Azərbaycan xarici ölkələrdən yerkökü idxalını 3 dəfə artırıb

10:28 - 26.01.2024


26 yanvar, Fineko/abc.az. 2023-cü ilin yanvar-noyabr  aylarında Azərbaycan xarici ölkələrdən 1 milyon 266 min ABŞ dolları dəyərində 3 min 602 ton yerkökü idxal edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 824 min dollar və ya 2,9 dəfə, həcm baxımından isə  2 min 340 ton və ya 2,9 dəfə çoxdur.

2022-ci ilin yanvar-noyabr aylarında 442,5 min dollar dəyərində 1 262 ton yerkökü idxal  edilib. 1 ton yerkökünün idxal qiyməti bu il 352 dollar, ötən il isə 351 dollar olub. Beləliklə, idxal qiyməti son bir il ərzində 1 dollar artıb.