15:29 - 25.01.2024
25 yanvar, Fineko/abc.az. Xaçmazda fındığın satış qiymətinin artdığı müşahidə edilir.
ABC.AZ-ın məlumatına görə, ötən ilin oktyabr-dekabr ayları ilə müqayisədə məhsulun qiymətində 10-15 faiz artım var.
Belə ki, bir ay əvvəl fındığın bir kiloqramı 4.5 manata satıldığı halda indi, 5 – 5.3 manat arasında dəyişir. Qabığı təmizlənmiş, ləpə isə daha baha satılır.
Əksər təsərrüfatçılar məhsulu daha münasib qiymətə satmaq üçün anbarlarda saxlayırlar. Məhsul əsasən payız-qış aylarında yerli bazarlarda satılır. Bununla yanaşı, rayonda 10-dan çox fındıq qəbulu məntəqəsi və fındıq emalı müəssisəsi məhsulu fermerlərdən sərfəli qiymətə alırlar.
Hazırda Xaçmazda təsərrüfatçılar qiymətin ötən illə müqayisədə daha sərfəli olduğunu bildirirlər. Ötən il bu vaxtı fındıq 3.5 manata alınırdı.
Xaçmazda fındıq yığımı sentyabr ayında tam başa çatır. Təsərrüfatçılar cari mövsümdə rayon bağlarından 8 min 462 ton məhsul əldə ediblər.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026