Türkiyədə heyvan idxalına dövlət tam nəzarət edəcək 

11:48 - 25.01.2024


25 yanvar, Fineko/abc.az. Bazar balansını pozan heyvanların idxalı Türkiyədə yalnız dövlət tərəfindən həyata keçiriləcək.

ABC.AZ xəbər verir ki, bunu Türkiyənin Kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı deyib.

“Özəl sektor olmayacaq. Ət və Süd Şurası (ESK) və həmkarlar ittifaqları bizə öz tələblərini təqdim edəcəklər. Biz, lazım bildiyimiz qədər heyvan seçib gətirəcəyik”, — deyə o bildirib və əlavə edib ki, Türkiyə hakimiyyətinin əsas məqsədi ölkənin heyvandarlıqlarını gücləndirmək, ailə təsərrüfatlarının həcmini artırmaq və idxalı vaxtında dayandırmaqdır.