Beynəlxalq əczaçılıq şirkətləri Türkiyə bazarından dərmanlarını geri qaytarırlar - Səbəb

20:09 - 24.01.2024


24 yanvar, Fineko/abc.az. Beynəlxalq əczaçılıq şirkətləri dərmanlarını Türkiyə bazarından geri qaytarmağa başladılar. Bu, türk lirəsinin dərman preparatları üçün sabit məzənnəsinin avro başına 17,55-ə düşməsindən sonra baş verdi ki, bu da bazar
məzənnəsindən (32,92) iki dəfə aşağıdır.

ABC.AZ xəbər veriri ki, məlumata görə, üç şirkət artıq Türkiyə bazarında epilepsiya, Parkinson xəstəliyi və migren kimi xəstəliklərin müalicəsi üçün həyati dərmanlar da daxil olmaqla, bəzi dərmanları satmayacaq.