Dubayda dünyanın ən uzun üfüqi göydələninin tikintisi başa çatır

15:45 - 24.01.2024


24 yanvar, Fineko/abc.az. Dubayda dünyanın ən uzun üfüqi göydələni olan The Link konsolunun tikintisi başa çatmaq üzrədir.

ABC.AZ xəbər verir ki, onun uzunluğu 225 metrdir.

Göydələn layihəsi Yaponiyanın “Nikken Sekkei” şirkəti tərəfindən hazırlanıb.

Konsol, One Za'abeel göydələnlərini birləşdirəcək təxminən 100 metr yüksəklikdə bir körpüdür. 

“The Link” restoran, hovuz, spa kompleksi, otel, ticarət meydançaları, müşahidə göyərtəsi və panoramik mənzərə təqdim edəcək. Göydələnin tikintisi 2024-cü ilin sonuna qədər başa çatmalıdır.