11:16 - 24.01.2024
24 yanvar, Fineko/abc.az. ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Hempşir ştatında respublikaçıların ilk praymerizlərində səs çoxluğu qazanıb. Rəqibi və ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Nikki Heyli Trampı qələbə münasibətilə təbrik edib, lakin "yarışın bitmədiyini" qeyd edib.
ABC.AZ xəbər verir ki, məlumatlara görə, bülletenlərin 40%-nin işlənməsi nəticəsində Donald Tramp səslərin 53%-ni, Nikki Heyli isə 45,9%-ni əldə edib. Məlumata görə, Trampı 55,4%, Heylini isə 42,9% (bülletenlərin 37%-i işlənmişdir) dəstəkləyib. ABŞ-ın sabiq prezidenti nəticələrdən qürur duyduğunu bildirib.
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026