ABŞ qaz ixracatçıları xaricə tədarükü ləğv edib — Səbəb 

19:11 - 23.01.2024


23 yanvar, Fineko/abc.az. Son bir həftə ərzində Amerikanın mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçıları xaricə bir neçə yanacaq tədarükünü ləğv ediblər. 

ABC.AZ xəbər verir ki, məlumata görə, beş LNG partiyasının göndərilməsi ləğv edilib. Luizianadakı Cameron terminalı və Texasdakı Freeport terminalı vasitəsilə ən azı bir göndərmə baş tutmayıb.

Xaricdən tədarükün dayandırılmasının səbəbi şaxta olub, belə ki, soyuq hava səbəbindən LNG terminallarının işi pozulub.