Prezident Rəqabət Məcəlləsini təsdiqlədi

17:34 - 23.01.2024


23 yanvar, Fineko/abc.az. Prezident İlham Əliyev Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

ABC.AZ xəbər verir ki, Prezident, həmçinin Qanunun tətbiqini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Fərman da imzalayıb.

Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.