BOKT-lar ötən ili belə başa vurub - Hesabat

15:38 - 23.01.2024


23 yanvar, Fineko/abc.az. Azərbaycanın bank olmayan kredit təşkilatları 2023-cü ildən yaxşı nəticə ilə çıxa biliblər.

ABC.AZ Mərkəzi Bankın statistik bülleteninə istinadən xəbər verir ki, 2023-cü ildə BOKT-lər 188.6 mln. manat faiz və 25.3 mln. manat qeyri-faiz gəliri əldə ediblər.

Bu da BOKT-lərin 213.7 mln. manat cəmi gəlirləri anlamına gəlir. Beləliklə, digər gəlir və xərclər fərqindən sonra onların 75.8 mln. manat xalis mənfəətləri olub.

Bu BOKT tarixində qeydə alınmış ən yuxarı göstərici sayılır. 1 yanvar 2024-cü il tarixinə BOKT-lərin aktivlərinin həcmi 758.5 mln. manat olub ki, bunun da 600.8 mln. manatı onların əsas fəaliyyət istiqaməti olan müştərilərə verilən kreditlərdir.