Cəbrayılın Xudafərin qəsəbəsi belə olacaq - FOTO

15:18 - 23.01.2024


23 yanvar, Fineko/abc.az. Yenidən salınacaq Cəbrayılın Xudafərin qəsəbəsində keçmiş məcburi köçkünlər üçün dayanıqlı şərait yaradılmasına dair işlərə başlanılıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, u barədə Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.

Qeyd edilib ki, yaşayış məskəninin konseptual həllində “dayanıqlı kənd”, “yaşıl enerji” və “dayanıqlı nəqliyyat” yanaşmaları əsas götürülüb.