Lavrov: Rusiyanın yaxın ətrafına Türkiyə, İran, BƏƏ və Səudiyyə Ərəbistanı daxildir

15:08 - 18.01.2024


18 yanvar, Fineko/abc.az. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiyanın yaxın çevrəsinə Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İran və Qətər daxildir.

ABC.AZ xəbər verir ki, bu gün Rusiya XİN rəhbəri Rusiya Federasiyasının 2023-cü il üçün diplomatik fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Yaxın ətrafımızdan danışırıqsa, əlbəttə ki, bunlar Yaxın Şərq ölkələridir - İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətərdir", — deyə Lavrov bildirdi və əlavə etdi ki, Rusiya təkcə ikitərəfli kanallar vasitəsilə münasibətlərin inkişafında deyil, həm də Ərəb Dövlətləri Liqası (ƏDL), ASEAN, Afrika Birliyi və s. kimi regional strukturlarla əməkdaşlıqda maraqlıdır.