14:25 - 17.01.2024
17 yanvar, Fineko/abc.az. Rusiyada şərq və qərb istiqamətlərində kömürün dəyəri azalma göstərir.
ABC.AZ xəbər verir ki, qiymətlərə təzyiq göstərən amillər, Çində kömür ehtiyatlarının yüksək olması və dünya bazarında qazın dəyərinin aşağı düşməsidir.
Qeyd olunur ki, Uzaq Şərqdə kalori miqdarı 6000 kilokalori olan kömürün qiymətləri həftədə 7,4% (ton başına 101 dollar), 5500 kilokalori 7,1% (ton başına 92 dollar), 5000 kilokalori isə 8,9% (ton başına 77 dollar) azalıb. Baltikyanı ölkələrə tədarük ilə dəyəri 4,7% (ton başına 71 dollar), Qara dənizdə isə 4,6% (ton başına 83 dollar) azalıb.