14:11 - 16.01.2024
16 yanvar, Fineko/abc.az. Vətən müharibəsi iştirakçılarına ödənilən vəsaitin artırılıb-artırılmayacağı məsələsinə aydınlıq gətirilib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyev mətbuat konfransında məlumat verib.
O bildirib ki, hazırda həmin şəxslərə 80 manat məbləğində vəsait ödənilir:
"Nazirlik tərəfindən qazilərin müvafiq iş yerləri ilə təmin olunması istiqamətində iş aparılır. Əhaliyə ödənilən sosial ödənişlərin artırılması fonunda bu məsələyə də baxıla bilər".
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026