Tramp Ayova ştatında namizəd seçkilərində liderdir

11:03 - 16.01.2024


16 yanvar, Fineko/abc.az. ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ayova ştatındakı Respublikaçılar seçicilərin toplantılarında səs çoxluğu qazanıb.

ABC.AZ xəbər verir ki, bu, Respublikaçılardan prezidentliyə namizədin seçilməsi üçün ilk səsvermədir.

İlkin nəticələrə görə, 80 mindən çox səs hesablandıqdan sonra Donald Tramp səslərin 50,8%-ni, iş adamı Vivek Ramasvami isə 7,6%-ni qazanıb. Digər üç namizəd 1%-dən az səs qazanıb.

Donald Trampın qələbəsini CNN, NBC və Fox News proqnozlaşdırmışdı.