Rusiya və İran dövlətlərarası iri müqavilə imzalayacaq

16:52 - 15.01.2024


15 yanvar, Fineko/abc.az. Moskva və Tehran dövlətlərarası iri müqavilə imzalayacaqlar.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin başçısı Sergey Şoyqu ilə iranlı həmkarı Məhəmməd Aştiani ilə telefon danışıqlarının nəticələrinə əsasən məlumat verilib.

“Tərəflər Rusiya-İran münasibətlərinin təməl prinsiplərinə, o cümlədən bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmətə sadiq olduqlarını vurğulayıblar”, - məlumatda belə deyilir.

Şoyqu qeyd edib ki, Rusiya və İran bərabərhüquqlu çoxqütblü dünya yaratmaq üçün birgə səylərini artırırlar.