10:45 - 15.01.2024
15 yanvar, Fineko/abc.az. Süni intellektin (Sİ) inkişafı dünya iqtisadiyyatının böyüməsinə müsbət təsir göstərə bilər, lakin iş yerlərinin sayının azalması və dünyada bərabərsizliyin artması riski var.
ABC.AZ xəbər verir ki, bu barədə, beynəlxalq valyuta fondunun (BVF) direktoru Kristalina Georgiyevanın Sİ-nin qlobal təsirinə həsr olunmuş məqaləsində deyilir.
“Sİ-nin potensialından istifadə etmək üçün düşünülmüş siyasi tədbirlər balansına ehtiyacımız var”, — deyə Georgieva bildirib.
BVF qiymətinə görə, inkişaf etmiş iqtisadiyyatlar arasında süni intellektin təsirinə məruz qalan iş yerlərinin nisbəti 60% təşkil edir. İnkişaf etməkdə olan iqtisadiyyatlar üçün bu göstərici 40%, aşağı gəlirli ölkələr üçün isə 26% təşkil edir.