ABŞ prezidentinin oğluna 17 il həbs cəzası düşür

16:00 - 12.01.2024


12 yanvar, Fineko/abc.az. ABŞ prezidentinin oğlu Hanter Bayden Kaliforniya ştatında vergi ödəməməkdə ittiham olunur, lakin o, təqsirini etiraf etmir.

ABC.AZ xəbər verir ki, ümumiyyətlə, epizodların cəminə görə, Konqresə hörmətsizliyə görə cinayət təqibi təhlükəsi nəzərə alınmasa, H.Baydenə 17 ilə qədər həbs cəzası düşür.

Hanter Baydenin vəkillərinin məhkəmə çəkişmələri və aqressiv taktikaları artıq Ağ evi narahat edir. Orada əmindilər ki, mürəkkəb seçki ilində bu məsələnin təbliğatı işləri korlaya bilər.