Rusiya bu ölkələrlə yerin təkindən istifadə sahəsində əməkdaşlıq edəcək

14:55 - 12.01.2024


12 yanvar, Fineko/abc.az. Rusiya Federasiyası Təbii Sərvətlər Nazirliyinin rəhbəri Aleksandr Kozlov Səudiyyə Ərəbistanı və Sierra Leone ilə yerin təkindən istifadə və geologiyada münasibətlərə dair sənədlər imzaladı.

ABC.AZ xəbər verir ki, Sierra Leone Respublikası ilə memorandum geoloji və geofiziki tədqiqatlar aparmağa, yataqları qiymətləndirməyə və geoloji xəritələr tərtib etməyə imkan verəcək. Bu işlə yaxın gələcəkdə işçi qrupu məşğul olacaq.

Səudiyyə Ərəbistanı ilə sənəd ölkələrə geoloji kəşfiyyat, mineral ehtiyatların və yeraltı suların öyrənilməsi və inkişafında əməkdaşlıq etməyə imkan verəcək normativ bazadır.