Finlandiya Rusiya ilə sərhədlərin bağlanması rejimini daha bir ay uzadıb

17:15 - 11.01.2024


11 yanvar, Fineko/abc.az. Finlandiya hakimiyyəti “Şərq qonşusunun üçüncü ölkələrin vətəndaşlarından istifadə edərək miqrasiya təzyiqi təşkil etmək cəhdlərindən imtina etmək niyyəti barədə məlumatın olmaması səbəbindən” Rusiya ilə sərhədlərin bağlanması rejimini daha bir ay uzatmağa qərar verdi.

ABC.AZ xəbər verir ki, Rusiya-Finlandiya sərhədindəki nəzarət məntəqəsi 2023-cü ilin noyabr ayının sonunda miqrant axını səbəbindən bağlanmışdı. Qadağanın yanvarın 14-dək qüvvədə olacağı nəzərdə tutulmuşdu.