12:38 - 11.01.2024
11 yanvar, Fineko/abc.az. “Çəyirtkə və böcək məhsulları Rusiya əhalisini deyil, balıqları qidalandırmaq üçün istifadə olunmalıdır”, deyə baş nazirin müavini Viktoriya Abramçenko bildirib.
ABC.AZ RİA Novosti-yə istinadən xəbər verir ki, Abramçenkoya alternativ qida istehsalının haqqında sual verilib.
“Əgər çəyirtkə və böcək sürfələrini nəzərdə tutursunuzsa, o zaman insanları bununla qidalandırmaq lazım deyil. Metan emissiyalarının azaldılması üçün Qərb ölkələri mal-qara ət istehsalçılarını dəstəkləmirlər, buna görə alternativ qida axtarışındadırlar. Biz isə həşəratları balıqlara yedirtməyi təklif edirik”, - deyə o vurğulayıb.