Türkiyənin “Togg” markası CES sərgisində T10F elektrikli sedan nümayiş etdirdi

16:56 - 10.01.2024


10 yanvar, Fineko/abc.az. Ölçüdə “Hyundai Sonata” ilə müqayisə olunur. Əsas versiyada arxa oxda 218 at gücündə mühərrik və 350 km gediş ehtiyatına malik batareya, ən güclü isə 435 at gücündə iki elektrik mühərrik tətbiq olunacaq.

ABC.AZ xəbər veriri ki, şirkətin qlobal planları var: 2024-cü ilin sonuna qədər “Togg” yalnız vətəndə deyil, həm də Almaniyadan başlayaraq Avropanın bir sıra ölkələrində elektrikli avtomobil satışına başlamaq və 2032-ci ilə qədər AB-də bir milyona qədər avtomobil satmaq istəyir.