Pensiyalarda 10.8 faizlik indeksləşdirmə olacaq

12:30 - 10.01.2024


10 yanvar, Fineko/abc.az. Pensiyalarda 10.8 faizlik indeksləşdirmə gözlənilir.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, nunu Dövlət Sosial Müdafiə Fondunun İdarə heyətinin sədri Himalay Məmişov 2023-cü ildə görülmüş işlərə dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, indeksləşmə yanvarın 1-dən hesablanacaq və artım fevral ayının pensiyasında vətəndaşlara veriləcək:

“Mütəmadi olaraq pensiyalar artırılır. Dövlət başçısının tapşırığında bu istiqamətdə mesaj var. Minimum pensiyanın bu il də artırılacağı gözlənilir”.