14:59 - 9.01.2024
9 yanvar, Fineko/abc.az. Ötən ilin dekabr ayının qeyri-neft ixracı 3,8 faiz artaraq 314,3 milyon dollar olub.
Bu barədə ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın yanvar sayına istinadən xəbər verir.
Məlumata əsasən, yeyinti məhsulları üzrə ixrac isə 0,9 faiz artımla 106,6 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 5,4 faiz artımla 207,7 milyon dollar təşkil edib.