Vyetnamın “VinFast” elektromobil istehsalçısı Hindistanda zavodun tikintisinə investisiya yatıracaq

12:15 - 9.01.2024


9 yanvar, Fineko/abc.az. Vyetnamın “VinFast” şirkəti Hindistanın cənubundakı Tamilnad ştatında elektromobil istehsalı zavodunun tikintisinə 2 milyard dollara qədər vəsait yatıracaq.

ABC.AZ xəbər verir ki, “VinFast” dövlət orqanları ilə müvafiq anlaşma memorandumu imzalayıb və ilk növbədə layihəyə 500 milyon dollar investisiya qoymağı planlaşdırır.

Zavodun 3-3,5 min iş yerinin yaradılmasına imkan verəcəyi və ildə 150 minə qədər avtomobil istehsal edə biləcəyi gözlənilir.

Tikintinin cari il üçün başlanması planlaşdırılır.

“VinFast” şirkətinin təsisçisi və rəhbəri Vyetnamın ilk dollar milyarderi və ölkənin ən varlı vətəndaşı Pham Nhat Vuongdur.