12:18 - 7.01.2024
7 yanvar, Fineko/abc.az. BMT 2024-cü ildə Azərbaycanda ÜDM-in artımını 2.6% səviyyəsində proqnozlaşdırır.
ABC.AZ xəbər verir ki, bu proqnoz “Dünya iqtisadiyyatının vəziyyəti və perspektivləri 2024″ adlı məruzədə öz əksini tapıb.
BMT-nin qiymətləndirmələrinə əsasən, 2023-cü ildə ölkədə ÜDM-in artımı 0.7% təşkil edib.
Təşkilat həmçinin 2025-ci ildə Azərbaycanda ÜDM-in artımını 2.8% səviyyəsində proqnozlaşdırır.
BMT-nin proqnozlarına əsasən, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5.9% təşkil edəcək, 2025-ci ildə – 3.9%-dək azalacaq.
26 Avqust 2026
25 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026