10:39 - 23.07.2018
23 iyul, Fineko/abc.az. Bakının Zirə və Mərdəkan qəsəbələri arasında ilk avtobus marşrutu təşkil edildi.
Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatında deyilir ki, 152 nömrəli ilk bələdiyyə avtobus marşrutu Zirə və Mərdəkan şəhərətrafı qəsəbələri arasında sərnişin daşımalarını həyata keçirir.
“Bu marşrutun açılması haqqında qərar, əhalinin müraciəti əsasında qəbul edilmişdir. Bu, bələdiyyənin yaratdığı hüquqi şəxsin istismarına verilən ilk müntəzəm marşrutdur”, - məlumatda belə qeyd edilir.
Marşrut xəttində 2 avtobus işləyir, daşınılan sərnişinlərin sayı isə ayda 15-16 min nəfər təşkil edəcək.
27 İyul 2026
28 İyul 2026