Ukrayna hökuməti bir il müddətinə qaz, duz və kömür ixracını qadağan etdi

14:06 - 30.12.2023


30 dekabr, Fineko/abc.az. Ukrayna Nazirlər Kabineti ixrac və idxalı 2024-cü il üçün lisenziyalaşdırma və kvota tətbiq olunan malların siyahısını təsdiqləyib. Müvafiq qərar rəsmi hökumət portalında dərc edilib.

ABC.AZ xəbər verir ki, sənədə görə, gələn il üçün "duz, enerji kömürü, təbii qaz, yanacaq ağacı, gümüş, qızıl, tullantı və ya qiymətli metal qırıntıları və elektrik və elektron tullantılar üçün sıfır ixrac kvotaları" müəyyən edilmişdir.

Eyni zamanda, hökumət kokslaşan kömürlər üçün 900 min ton ("K" markası) və maye yanacaq (yanacaq yağı) üçün 540 min ton kvota təyin edib.