12:06 - 30.12.2023
30 dekabr, Fineko/abc.az. Türkiyənin ən iri mobil operatoru “Turkcell” üç Ukrayna şirkətindəki bütün aktivlərini Fransanın “NJJ Capital” investisiya təşkilatına ötürəcək.
ABC.AZ xəbər verir ki, söhbət üç MMC – “Lifecell”, “Global Bilgi” və Ukrtower şirkətlərindən gedir.
Qeyd olunur ki, faktiki olaraq aktivlərin ötürülməsi hələ həyata keçirilməyib və əqdin dəyəri və onun son şərtləri ilə bağlı danışıqlar başlayıb.
Bildirilir ki, “Turkcell” öz aktivlərinin 100%-ni bu şirkətlərə ötürəcək. Türkiyə şirkətinin “Lifecell” şirkətində cari məzənnə ilə 334 milyon dollar, “Global Bilgi” şirkətində 1,2 milyon dollar, “Ukrtower” şirkətində isə 51,6 milyon dollar dəyərində səhmləri var.
18 Avqust 2026