Rusiyanın Azərbaycanla sərhəddində yenilənmiş keçid məntəqəsi açılıb

11:52 - 30.12.2023


30 dekabr, Fineko/abc.az. Rusiyanın nəqliyyat naziri Vitali Savelyevin iştirakı ilə Azərbaycanla sərhəddə yerləşən "Yaraq-Qazmalar" avtomobil buraxılış məntəqəsi telekörpü rejimində açılıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nazir qeyd edib ki, "Yaraq-Qazmalar" məntəqəsinin yenidən qurulması yükdaşıma qabiliyyətini iki dəfədən çox artırmağa imkan verib. Hərəkət zolaqlarının sayı 14-dən 22-yə yüksəlib: "Bu il biz yük maşınlarının keçidi üzrə rekord vurduq. Bu 2022-ci illə müqayisədə 10 % çoxdur".

Dağıstan hökumətinin rəhbəri Əbdülmüslim Əbdülmüslimovun sözlərinə görə, "Yaraq-Qazmalar" məntəqəsinin yenidən qurulması həm Rusiya mallarının ixracını, həm də bu ölkəyə beynəlxalq malların idxalını artıracaq.