Rusiya Türkiyədən də yumurta idxalına başlayıb

11:00 - 30.12.2023


30 dekabr, Fineko/abc.az. 6 Türkiyə şirkəti dekabrın 29-dan etibarən Rusiyaya yumurta ixrcacına başlayıb.

“Dekabrın 29-dan etibarən quş qripindən azad ərazilərdə yerləşən 6 Türkiyə müəssisəsindən inkubasiya yumurtalarının tədarükünə başlanıb”, –  “Rosselxoznadzor”un yaydığı məlumatda deyilir.

ABC.AZ xəbər verir ki, bu idxal xarici iqtisadi fəaliyyətdə Rusiya iştirakçıları arasında inkubasiya yumurtalarının çatışmazlığı ilə bağlıdır.

Bundan əvvəl, dekabrın 24-də, Rusiya Azərbaycandan yumurta idxalına başlayıb.