15:04 - 29.12.2023
29 dekabr, Fineko/abc.az. Rusiya Baş nazirinin müavini Dmitri Çernışenko bildirib ki, hökumət dost ölkələrlə viza rejiminin liberallaşdırılması üzərində işləyir.
ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, hakimiyyət turist axınının artmasına şərait yaratmağa çalışır.
O əlavə edib ki, əməkdaşlığın inkişafı prioritet olan 17 ölkənin siyahısı təsdiqlənib. Bunların arasında Çin, Türkiyə, Hindistan, Vyetnam, Tayland, Misir və başqaları var.
Baş nazirin müavini bildirib ki, 2023-cü ilin yanvar-noyabr aylarında Rusiyaya 7,7 milyondan çox əcnəbi səfər edib. Onun sözlərinə görə, bunlar əsasən Qazaxıstan, Çin, Özbəkistan, Tacikistan, Ermənistan, Monqolustan, Belarus və Azərbaycandan olan turistlərdir.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026