Çindən yeni geyim markaları Rusiya bazarına gələcək

16:12 - 28.12.2023


28 dekabr, Fineko/abc.az. 2024-cü ildə iki Çin şirkəti Rusiya bazarına  gələcək.

 ABC.AZ xəbər verir ki, söhbət "Semir" markası və "Balabala" Uşaq markasından gedir.

Məlumata görə, Moskvada açılış ilin birinci yarısının sonunda planlaşdırılır. Satış nöqtələrinin açılması üçün nəzərdən keçirilən yerlər arasında şəhərin ən yaxşı ticarət mərkəzləri qeyd olunur.