15:30 - 26.12.2023
26 dekabr, Fineko/abc.az. Son günlər bir sıra satış şəbəkələrində süfrə yumurtasının qiymətində artım edildiyinə dair məlumatlar yayılır. Bunu Rusiyaya süfrə yumurtasının ixracının başlanmasından sonra Azərbaycanda yumurta çatışmazlığının yaranması ilə əsaslandırmağa çalışırlar.
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası olaraq bəyan edirik ki, nəinki son günlərdə, hətta son aylarda Birliyimizdə təmsil olunan yumurta istehsalçılarının heç biri tərəfindən yumurtanın müəssisədən çıxış qiymətində artım edilməyib.
ABC.AZ xəbər verir ki, bu, Assosiasiyanın ölkədə yumurta qiymətlərinin bahalaşması iddialarına cavab bəyanatında qeyd edilib.
"Belə ki, içərisində 360 yumurta olan bir qutunun marketə çatdırılma da daxil olmaqla, qiyməti 53 manat təşkil edir ki, bu da 1 yumurta üçün 14,5 qəpik deməkdir. Bu qiymət hətta ötən ilin eyni dövründəkindən 1 qəpik ucuzdur" -deyə bəyanatda vurğulanıb.
14 Avqust 2026
14 Avqust 2026