Yango “Yandex” Yaxın Şərq üçün media xidməti təqdim edib

11:23 - 26.12.2023


26 dekabr, Fineko/abc.az. Yango “Yandex” Yaxın Şərq və Şimali Afrika ölkələri üçün media xidmətinin beta versiyasını təqdim edib. Yango Spark, “Yasmina” səs köməkçisi dəstəyi ilə filmlər, seriallar, musiqi və oyunlar üçün bir tətbiqdir.

ABC.AZ xəbər verir ki, buraxılış ilin sonuna planlaşdırılır.

Tətbiq BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Misir, Bəhreyn, Oman və Küveytdə işləyir, ingilis və ərəb dillərini dəstəkləyir.