Azərbaycanda reklam bazarının həcmi böyüyüb, ya kiçilib?

10:53 - 26.12.2023


26 dekabr, Fineko/abc.az. Azərbaycanın reklam bazarına qoyulan investisiyaların ümumi məbləği 2023-cü ildə təxminən 140 milyon manat təşkil edib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə “İKT bazarı iştirakçıları” İctimai Birliyindən bildirilib.

Məlumata görə, reklam bazarı ötən ilə nisbətən 14% böyüyüb.

Reklam bazarının 46 milyon manatı televiziyaların, 33 milyon manatı rəqəmsal platformaların, 7.2 milyon manatı radioda reklamlarının payına düşüb.

Qeyd edilib ki, reklam bazarının 160 milyon manata qədər artım potensialı var. Buna pirat internet resurslarının bloklanmasının stimullaşdırılması kömək edəcək. Əks halda, yeni mövsümdə (2024-2025) 18.6% azalma gözlənilir.