Azərbaycan şirkəti Tatarıstanda 155 milyon dollarlıq layihə həyata keçirəcək

12:25 - 22.12.2023


22 dekabr, Fineko/abc.az. Azərbaycanın «Asera Group» şirkəti Tatarıstanın Kukmor rayonunda (RF) ümumi dəyəri $155 milyon olan kənd təsərrüfatı sahəsində layihələr həyata keçirməyi planlaşdırır.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə «Asera Group» şirkətinin təsisçisi Əli Elvin məlumat verib.

"Elvin İnvestorlar Klubunun iclasında bildirib ki, respublika ərazisində iki layihənin həyata keçirilməsi planlaşdırılır: istixana kompleksləri və ət kombinatı. Meydança olaraq Kukmor rayonu seçilib. Layihələrin hər birinin I mərhələsinə qoyulan investisiyalar müvafiq olaraq $75 milyon və $80 milyon olacaq", - Rusiya mətbuatı xəbər verir.

"Biz Tatarıstanda biznesin inkişafı üçün bir çox müsbət məqamlar görürük. Tatarıstan bizə yaxın respublikadır, biz burada inkişaf etmək və layihələri həyata keçirmək istəyirik", - Elvin qeyd edib.