15:18 - 21.12.2023
21 dekabr, Fineko/abc.az. Rusiyalılara Türkiyənin “Troy” ödəmə sisteminin virtual kartını açmağa imkan verən “Letim” tətbiqinin tərtibatçıları plastik kartlar hazırlayırlar.
ABC.AZ xəbər verir ki, istənilən təsdiqlənmiş istifadəçi, tətbiqdəki xüsusi bölmədə “Troy” ödəniş sisteminin kartını sifariş edə bilər.
Tətbiq AppStore və Google Play tətbiq mağazalarında 2023-cü ilin avqust ayının əvvəlində ortaya çıxmışdı. “Letim”, rusiyalı turistlərə Sürətli ödəniş sistemi vasitəsi ilə Rusiya banklarındakı hesablarından vəsait köçürməyə və Türkiyədəki mağaza və müəssisələrdə, onlayn mağazalarda alış-veriş üçün pul ödəməyə, həmçinin QR kodu ilə yerli bankomatlardan nağd pul çıxarmağa imkan verir.
Tətbiq Türkiyə Mərkəzi Bankı tərəfindən təsdiq edilmişdir.
14 Avqust 2026