15:35 - 20.12.2023
20 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın ən çox ticarət dövriyyəsi əməliyyatları apardığı ölkələrin adları açıqlanıb.
ABC.AZ Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, xarici ölkələrlə ümumilikdə ticarət dövriyyəsi 47,3 milyard ABŞ dolları həcmində olub.
Siyahıda 14,6 milyard dollarlıq dövriyyə ilə İtaliya birinci, 7,2 milyard dollarlıq dövriyyə ilə Türkiyə ikinci, 3,9 milyard dollarla Rusiya üçüncü, 2,8 milyard dövriyyə ilə Çin dördüncü, 1,6 milyard dövriyyə ilə Almaniya beşinci olub.
14 Avqust 2026