14:48 - 20.12.2023
20 dekabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 101 milyon 304 min dollar dəyərində kakao və kakao məhsulları idxal edilib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3% və ya 13 milyon 468 min dollar artıb.
Belə ki, 2022-ci ilin ilk 11 ayında Azərbaycana 87 milyon 836,6 min dollar dəyərində kakao idxal edilib.
Xatırladaq ki, hesabat dövründə ölkəyə gətirilmiş kakao və kakao məhsullarının dəyəri ümumi idxalın 0.64% təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 0,68% idi.
Bu dövrdə Azərbaycandan ixrac edilən kakao və kakao məhsullarının dəyəri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 132,5 min dollar və ya 20,7% azalaraq 10 milyon 289,6 min dollar təşkil edib.
17 Avqust 2026
15 Avqust 2026