Azərbaycana idxal olunan qarğıdalının qiyməti kəskin ucuzlaşıb

12:32 - 20.12.2023


20 dekabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 19 milyon 375 min dollar dəyərində 65 min 552 ton qarğıdalı idxal edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məhsul idxalı dəyər ifadəsi ilə 1 milyon 399 min dollar yəni 6,7%, miqdar ifadəsi ilə təxminən 4 min 162 ton ( 6,8%) azalıb.

Ötən ilin müvafiq dövründə 20 milyon 774 min dollar məbləğində 61 min 391 ton qarğıdalı gətirilib.

1 ton qarğıdalının idxal qiyməti bu il 296 dollar, ötən il isə 338 dollar təşkil edib. Qiymətlərdə 43 dollar və ya 12,7% bahalaşma qeydə alınıb.

Qeyd edək ki, hesabat dövründə gətirilmiş qarğıdalı  Azərbaycanın ümumi idxalının 0,12%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,16%-ni təşkil etmişdi.