İlk dəfə “Elektron məhkəmə” sistemi ilə məhkəməyə müraciət edənlər rüsum ödəməyəcək

15:26 - 19.12.2023


19 dekabr, Fineko/abc.az. Mülki işlər üzrə ilk dəfə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə müraciət edənlər rüsumdan azad edilir.

ABC.AZ xəbər verir ki, bununla bağlı Dövlət rüsumu haqqında qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında l oxunuşda müzakirəyə çıxarılıb. 

Qanuna dəyişikliklə, Mülki işlər üzrə ilk dəfə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ümumi məhkəməyə iddia ərizəsi ilə müraciət edən fiziki şəxslər bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğinin 10 faizini ödəməkdən azad olunacaqlar.

Dəyişiklik layihəsi səsverməyə qoyularaq l oxunuşda qəbul edilib.