15:11 - 19.12.2023
19 dekabr, Fineko/abc.az. “Hyundai Motor” direktorlar şurasının Rusiyadakı zavodun satılması ilə bağlı növbədənkənar iclası keçirilib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, iclasda direktorlar şurası Sankt-Peterburqdakı zavodunun satışını təsdiqləyib. Şirkətdən bildirilib ki, Rusiyada satış sonrası xidmət və digər müştəri dəstəyini davam etdirəcək.
Rusiyadakı “Hyundai” zavodu 2022-ci ilin mart ayından fəaliyyətsizdir. Daha əvvəl orada “Hyundai Solaris” və “Creta”, həmçinin “Kia Rio “və “Rio X” avtomobil modelləri yığılıb.
2023-cü ilin sentyabrında Sənaye və Ticarət Nazirliyi avtomobil istehsalçısının zavodunun “Rusiya şirkəti” tərəfindən alınacağını bildirib. Müqavilə iki il müddətinə satın alma opsionu ilə həyata keçiriləcək.
Müəllif: Elmir Murad
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026